Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bakıda 8 Mart günü gənc qızın meyiti tapıldı
 
						Bakıda 8 Mart günü gənc qızın meyiti tapıldı
Əlavə olunub: 03.10.2025 | 14:53 | Baxılıb: 5081
Bakıda çoxlu dərman həbləri içən gənc qız vəfat edib.

“past.az"in əldə etdiyi məlumata görə, martın 8-i saat 21 radələrində 2002-ci il təvəllüdlü Ada Ədilzadənin meyiti yaşadığı Yeni Yasamal qəsəbəsi Əsəd Əhmədov küçəsindəki mənzildə tapılıb. Onun çoxsaylı dərman həbləri qəbul etməsi və zəhərlənərək ölməsi bildirilib.

Gənc qızın hansı məqsədlə dərman həblərini qəbul etməsi hələlik məlum deyil.

Hadisənin intihar ola bilmə ehtimalı da nəzərdən keçirilir.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.