Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bakıda ağır yol qəzası - 2 ölü, 10 yaralı
 
						Bakıda ağır yol qəzası 
							 - 2 ölü, 10 yaralı
Əlavə olunub: 04.24.2025 | 00:11 | Baxılıb: 10323
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində “Lada” və “Hyundai” markalı avtomobillər toqquşub, ölənlər var.

“past.az” “Bakupost”a istinadən xəbər verir ki, qəza nəticəsində 2 nəfər ölüb, 10-a yaxın şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfillinin verdiyi məlumata görə, aprelin 23-də saat 17:50-də paytaxtın Qaradağ rayonu ərazisində “Lada” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində iki sərnişin aldıqları xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma açılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.