Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bakıda iki qardaş bıçaqlandı - Birinin 16 yaşı var
 
						Bakıda iki qardaş bıçaqlandı 
							 - Birinin 16 yaşı var
Əlavə olunub: 04.14.2025 | 09:50 | Baxılıb: 1914
Bakıda iki qardaş bıçaqlanıb.

“past.az” xəbər verir ki, hadisə Qaradağ rayon Qızıldaş qəsəbəsində baş verib.

Aprelin 12-də saat 23:30 radələrində 2002-ci il təvəllüdlü Fərid Mustafayevlə 2009-cu il təvəllüdlü qardaşına münaqişə zəminində bıçaqla xəsarət yetirilib.

Hər iki qardaş qarın nahiyəsinin ön hissəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə çatdırılıb. Onlar cərrahi əməliyyat olunublar.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, faktla bağlı araşdırmalar aparılır. Hadisəni törədən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.