Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bakıda motosikleti insanların üzərinə sürən şəxs - Həbs edildi
 
						Bakıda motosikleti insanların üzərinə sürən şəxs 
							 - Həbs edildi
Əlavə olunub: 03.15.2025 | 13:24 | Baxılıb: 3904
Bakıda motosikletlə ictimai yerdə xuliqanlıq hərəkətləri etmiş şəxs məsuliyyətə cəlb edilib.

“past.az"in əldə etdiyi məlumata görə, hadisə martın 12-si saat 21 radələrində Xətai rayonu ərazisində baş verib.

Motosikletlə ictimai yerdə davranış qaydalarını pozaraq nəqliyyat vasitəsini insanların üzərinə sürən, həmçinin ətrafa güclü səs yayan şəxs polis tərəfindən saxlanılıb.

Onun Masallı rayon sakini 1981-ci il təvəllüdlü S.Həsənov (şərti) olması müəyyən edilib. Eyni zamanda saxlanılan şəxsin orta dərəcəli sərxoş vəziyyətdə olması ekspert rəyi ilə məlum olub.

Barəsində inzibati protokol tərtib edilən S.Həsənova Xətai Rayon Məhkəməsinin qərarı ilə 10 sutkalıq həbs verilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.