“past.az” xəbər verir ki, ikinci oyun günündə “Barselona” İspaniyada “İnter”i qonaq edib.
6 qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib - 3:3.
UEFA Çempionlar Liqası
Yarımfinal, ilk oyunlar
30 aprel
23:00. “Barselona” (İspaniya) - “İnter” (İtaliya)
Qollar: Yamal, 24. F.Torres, 38. Zommer, 65-öz qapısına) – M.Türam, 1. Dumfris, 21; 64.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşlərinə mayın 6-da start veriləcək.
Xatırladaq ki, yarımfinal mərhələsinin digər oyununda PSJ səfərdə “Arsenal”ı 1:0 hesabı ilə məğlub edib.