Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Barselona”da növbəti müqavilə
 
						“Barselona”da növbəti müqavilə
Əlavə olunub: 05.22.2025 | 23:03 | Baxılıb: 1082
“Barselona” futbolçusu Rafinya ilə müqavilə müddətini uzadıb. 

“past.az” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Braziliyalı vinger Kataloniya klubunun prezidenti Joan Laporta, vitse-prezident Rafa Yuste və klubun idman direktoru Deko, eləcə də digər şəxslərin iştirakı ilə klubun ofisində yeni müqaviləsini imzalayıb. Yeni sözləşmə 2028-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Rafinya bu mövsüm “Barselona”nın heyətində 56 matça çıxaraq 34 qol vurub və 25 qolun ötürməsini edib. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.