Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Barselona”dan ayrılıb “Atletiko”ya keçdi
 
						“Barselona”dan ayrılıb “Atletiko”ya keçdi
Əlavə olunub: 06.09.2025 | 23:53 | Baxılıb: 4432
“Atletiko Madrid” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

“past.az” klubun rəsmi saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi “Barselona”dan ayrılan Kleman Lanqleni transfer edib.

28 yaşlı fransalı müdafiəçi ilə 2028-ci ilin yayınadək müqavilə imzalanıb.

O, son mövsümü elə icarə əsasında “Atletiko Madrid”də keçirib.

Qeyd edək ki, Lanqle 2018-ci ildən “Barselona”nın futbolçusu idi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.