Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Barselona”nın 6 oyunçusu məşqə gecikdi, Flik əsəbiləşdi - Video
 
						“Barselona”nın 6 oyunçusu məşqə gecikdi, Flik əsəbiləşdi 
							 - Video
Əlavə olunub: 04.30.2025 | 06:20 | Baxılıb: 3721
“Barselona”nın baş məşqçisi Hansi Flik futbolçularına əsəbiləşib.

“past.az” “El Chiringuito”ya istinadən xəbər verir ki, buna səbəb 6 oyunçunun məşqə gecikməsi olub.

Belə ki, Kataloniya təmsilçisinin futbolçuları Lamin Yamal, Fermin Lopes, Qavi, Ansu Fati, İnyiqo Martines və Ronald Arauxo məşqə gecikiblər. Bu da mütəxəssisin narazılığına səbəb olub.

Məlumata görə, məşq Çempionlar Liqasının yarımfinal mərhələsinin evdə “İnter”lə ilk oyununa hazırlıq məqsədli olub.

Alman baş məşqçinin hazırlıq üçün meydançaya gec gələn oyunçulara narazılığını ifadə etməsi görüntülərə də əks olunub.

Sözügedən görüntüləri təqdim edirik:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.