Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Baş nazir qəzalı binalarla bağlı tapşırıq verdi - Foto
 
						Baş nazir qəzalı binalarla bağlı tapşırıq verdi 
							 - Foto
Əlavə olunub: 03.18.2025 | 15:17 | Baxılıb: 3497
Martın 18-də Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkə ərazisində qəzalı vəziyyətə düşmüş çoxmənzilli yaşayış binaları ilə bağlı verilmiş tapşırıqların icra vəziyyəti, görüləcək işlər və digər əlaqəli məsələlərə dair iclas keçirilib.

Bu barədə “past.az”ya Nazirlər Kabientindən (NK) məlumat verilib.

Bildirilib ki, iclasda Fövqəladə Hallar Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri iştirak edib, məruzələr dinlənilib.

İclasın yekununda müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub, aidiyyəti qurumlara tapşırıqlar verilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.