Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bekhem onunla birgə İngiltərədə futbol klubu aldı
 
						Bekhem onunla birgə İngiltərədə futbol klubu aldı
Əlavə olunub: 05.08.2025 | 21:18 | Baxılıb: 2128
“Mançester Yunayted”in sabiq futbolçuları Devid Bekhem və Qari Nevill İngiltərənin 4-cü divizionunda çıxış edən “Solford Siti”ni alıblar. 

“past.az” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Klubun əsas səhmdarı Piter Lim ayrıldıqdan sonra, Bekhem və Nevill “Solford Siti”nin nəticələrini yaxşılaşdırmaq üçün potensial investisiya tərəfdaşları axtarmağa bir neçə ay sərf ediblər.

Beləliklə, “Mançester Yunayted”in keçmiş oyunçuları amerikalı məsləhətçilik şirkəti “Consello"in təsisçisi Deklan Kelli və İngiltərə Laun-Tennis Assosiasiyasının sədri lord Mervin Devis ilə birgə əməkdaşlıq edərək sözügedən klubun Direktorlar Şurasında həmsədr olacaqlar.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.