Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Benfika” və “Bavariya” 1/8 finalda
 
						“Benfika” və “Bavariya” 1/8 finalda
Əlavə olunub: 06.25.2025 | 02:28 | Baxılıb: 1326
ABŞ-nin ev sahibliyi etdiyi klublararası dünya çempionatı davam edir.

“past.az” xəbər verir ki, C qrupunun üçüncü turunda Argentina təmsilçisi “Boka Xuniors” Yeni Zelandiyanın “Oklend Siti” klubu ilə qarşılaşıb və matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Eyni qrupda yer alan və daha əvvəl 1/8 finala vəsiqəni təmin edən Almaniya “Bavariya”sı isə Portuqaliyanın “Benfika” klubuna 0:1 hesabı ilə uduzub.

Bununla da Lissabon təmsilçisi də adını pley-offa yazdırıb.

Üç turdan sonra “Benfika” 7 xalla qrup lideri, “Bavariya” isə 6 xalla qrup ikincisi kimi 1/8 final mərhələsinə keçiblər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.