Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Benzia bu epizoda görə ağır cəza aldı - Video
 
						Benzia bu epizoda görə ağır cəza aldı 
							 - Video
Əlavə olunub: 06.03.2025 | 12:22 | Baxılıb: 5068
AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun finalında keçirilən “Qarabağ” – “Sabah” oyunu ilə bağlı qərarlarını açıqlayıb.

“past.az” xəbər verir ki, “Qarabağ” 4, “Sabah” isə 5 futbolçusunun sarı vərəqə alması səbəbindən 700 manat cərimələnib.

Görüşün 120-ci dəqiqəsində “Qarabağ”ın məşqçisi Müşfiq Hüseynov meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalanıb, klub 1500 manat cərimələnib.

Həmin vaxt hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra onlara fiziki təzyiq göstərməyə cəhd edən ağdamlıların futbolçusu Yassin Benzia 5 matçlıq diskvalifikasiya olunub, klubunu 3000 manat ziyana salıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.