Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bıçaqlanan qadınla bağlı 2 nəfərin izahatı alınıb
 
						Bıçaqlanan qadınla bağlı 2 nəfərin izahatı alınıb
Əlavə olunub: 05.02.2025 | 08:53 | Baxılıb: 2008
Xəbər verdiyimiz kimi, Gədəbəydə 49 yaşlı Nailə Əsədova bıçaqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov “past.az”ya bildirib ki, bıçaqlanma faktı ilə bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Onun sözlərinə görə, hadisə ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin olunub, yekunda məsələyə hüquqi qiymət veriləcək.

DİN rəsmisi əlavə edib ki, hadisə ilə bağlı qarşı tərəf - N.Quliyev və G.Quliyevdən izahatlar alınıb.

İlkin məlumata əsasən, hadisə ailə münaqişəsi zəminində baş verib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.