“past.az” xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz “Channel 13”ə müsahibəsində bildirib.
“Əgər o, gözümüzün qabağında olsaydı, onu aradan qaldırardıq. Biz Xameneini öldürmək istəyirdik, lakin əməliyyat imkanları olmadı”, - nazir bildirib.
İsrailin belə bir addım üçün ABŞ-dən razılıq alıb-almaması ilə bağlı suala Katz, “Bizim bunlar üçün icazəyə ehtiyacımız yoxdur”, - cavabını verib.