“past.az” xəbər verir ki, bunu minifutbol üzrə milli komandamızın baş məşqçisi Elşad Quliyev dünya çempionatının qrup mərhələsinin son turunda Mavritaniyaya 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
Jurnalistlərin suallarını cavablandıran mütəxəssis komandasının yaxşı oyun sərgilədiyini bildirib:
“Sona qədər çalışdıq ki, rəqibin müdafiəsini yaraq. İstəyimizə yalnız sona yaxın çatdıq. Komandamı təbrik edirəm. Çox yaxşı oyun sərgilədik”.
O, millimizin işinin ikiqat çətin olduğunu vurğulayıb:
“Hər oyun digərindən çətin keçir. Çünki rəqiblər də komandamızı analiz edirlər. Heç bir rəqib bizimlə açıq futbol oynamır. Hamısı müdafiədən oynayırlar. Bu da bizim üçün ikiqat çətin olur”.