Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bu ərazilərdə qaz olmayacaq
 
						Bu ərazilərdə qaz olmayacaq
Əlavə olunub: 04.23.2025 | 19:19 | Baxılıb: 6297
Abşeron rayonu, Məhəmmədi kəndində siyirtmənin quraşdırılması ilə əlaqədar aprelin 23-ü saat 16:00-dan etibarən qaz təchizatı dayandırılıb.

Bu barədə “past.az”ya “Azəriqaz” İB-dən bildirilib.

Bildirilib ki, ərazidə təmir-quraşdırma işləri aparılır və Məhəmmədi kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Həmçinin “Qaz İxrac” İdarəsinə məxsus Qaradağ-Sumqayıt” yüksək təzyiqli magistral qaz kəmərində görüləcək təmir-bərpa işləri ilə bağlı 24.04.2025-ci il tarixində saat 09:00-dan işlər başa çatanadək “Qobu”, “Müşfiqabad”, “Aşağı Güzdək”, “Pirəkəşkül” və “Ceyranbatan” QPS-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır. Qaz təchizatı dayandırılan müddətdə Xırdalan şəhərinin bir hissəsinin - Yoncalıq və Quşçuluq massivlərinin, İlham Cəfərov küçəsinin, 26-cı məhəllənin, Müşfiqabad, Pirəkəşkül, Ceyranbatan, Saray, Aşağı Güzdək, Hökməli qəsəbələrinin, Qobu qəsəbəsinin bir hissəsinin, Qobustan və Çaylı kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.