Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bu gənclərə xüsusi təqaüdlər veriləcək - Pul ayrıldı
 
						Bu gənclərə xüsusi təqaüdlər veriləcək 
							 - Pul ayrıldı
Əlavə olunub: 04.01.2025 | 13:35 | Baxılıb: 2797
Azərbaycan Prezidenti İlham Əliyev gənc istedadlara xüsusi təqaüdlərin verilməsi haqqında Sərəncam imzalayıb. 

“past.az"in məlumatına görə, adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlərin verilməsi məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 98 794 (doxsan səkkiz min yeddi yüz doxsan dörd) manat məbləğində vəsait ayrılıb. 

Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etmək, Mədəniyyət Nazirliyinə isə bu məsələləri həll etmək tapşırılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.