Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bu gün axşam şəhərdə konsert var
 
						Bu gün axşam şəhərdə konsert var
Əlavə olunub: 06.08.2025 | 15:55 | Baxılıb: 4697
Azərbaycanın minifutbol millisinin Bakıda keçirilmiş dünya çempionatının qalibi olması münasibətilə bu gün konsert proqramı təşkil ediləcək.

“past.az” xəbər verir ki, “Champions Fest” (Çempionlar şənliyi) adlanan tədbir saat 20:30-da Qoşa Qala qapısı və “Azərbaycan” kinoteatrının yaxınlığında başlayacaq.

Tanınmış müğənnilərin iştirak edəcəyi konsert proqramına giriş pulsuzdur.

Xatırladaq ki, Elşad Quliyevin rəhbərlik etdiyi Azərbaycan millisi minifutbol üzrə dünya çempionatının final matçında Macarıstanı məğlub edib. İyunun 1-də Milli Gimnastika Arenasında gerçəkləşmiş görüş yığmamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.