Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bu gün “Zirə” ikinciliyi təmin edə bilər
 
						Bu gün “Zirə” ikinciliyi təmin edə bilər
Əlavə olunub: 05.02.2025 | 09:37 | Baxılıb: 1098
Bu gün Azərbaycan Premyer Liqasının 33-cü turu start götürəcək.

“past.az” verir ki, “Zirə” öz meydanında “Turan Tovuz”u qəbul edəcək.

Hazırda paytaxt təmsilçisi turnir cədvəlində 64 xalla 2-ci, bölgə klubu isə 49 xalla 4-cüdür.

“Zirə” bu gün qələbə qazanarsa, sona 3 tur qalmış artıq mövsümü 2-ci yerdə bitirməyi də təmin edəcək. 

“Zirə” ilə “Turan Tovuz” arasında əvvəlki 3 turda keçirilən matçlarda 1 dəfə “Zirə” (2:0), 1 dəfə “Turan Tovuz” qələbə qazanıb (1:0), 1 dəfə isə heç-heçə qeydə alınıb (0:0). 

Qeyd edək ki, Premyer Liqasında “Qarabağ” artıq çempionluğu rəsmiləşdirib.

2 may

20:00. “Zirə” – “Turan Tovuz”

Zirə İdman Kompleksinin stadionu.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.