Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Bu məsələdə ciddi irəliləyişdən danışmaq hələ çətindir”
 
						“Bu məsələdə ciddi irəliləyişdən danışmaq hələ çətindir”
Əlavə olunub: 06.25.2025 | 13:40 | Baxılıb: 1201
“Rusiya ilə Ukrayna arasında birbaşa danışıqlar davam etdirilməlidir. Bu həm də humanitar məsələləri həll etməyə imkan verəcək”.

“past.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.

“Ukrayna tərəfinin əhval-ruhiyyəsindən asılı olmayaraq, danışıqları aparmaq lazımdır. Baxmayaraq ki, hələ ciddi irəliləyişdən danışmaq çətindir. Bununla belə, hər dəfə növbəti mərhələdə bir sıra məsələlər, o cümlədən humanitar gündəliyə aid problemlər həll olunur. Bu da çox vacibdir”, - deyə Narışkin əlavə edib.

Qeyd edək ki, iyunun 2-də Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu keçirilib. Rəsmi Moskva iyunun 22-dən sonra Kiyevlə danışıqları davam etdirməyə hazır olduğunu açıqlayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.