Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bu rayonun bəzi yerlərində qaz kəsiləcək
 
						Bu rayonun bəzi yerlərində qaz kəsiləcək
Əlavə olunub: 04.13.2025 | 22:18 | Baxılıb: 4693
Nizami rayonunun bəzi küçələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

“past.az” xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat verib.

Bildirilib ki, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yeraltı ortatəzyiqli qaz xəttində aşkar olunmuş sızmanın ləğv olunması məqsədilə 14.04.2025-ci il tarixində saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-bərpa işləri aparılan müddətdə A.Manafov, K.Balakişiyev, B.Çobanzadə, M.Abbasov, Özbəkistan, Ə.Hacıyev, Ə.Vəliyev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.