Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bu yollarda hərəkətə məhdudiyyət qoyuldu - Sürücülərin diqqətinə!
 
						Bu yollarda hərəkətə məhdudiyyət qoyuldu 
							 - Sürücülərin diqqətinə!
Əlavə olunub: 04.16.2025 | 08:19 | Baxılıb: 4458
Paytaxt ərazisində yağan intensiv yağışlar nəticəsində bəzi yollarda nəqliyyatın hərəkəti çətinləşdiyindən məhdudiyyətlər tətbiq edilib.

“past.az” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

1. Nərimanov rayonu, Heydər Əliyev prospekti, “Bağırov” tuneli, mərkəz istiqamətində tunelə yağış sularının yığılması səbəbindən nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub. Problemlə bağlı NİİM tərəfindən aidiyyəti üzrə məlumat verilib;

2. Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsi nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub;

3. Aeroport şosesi, Hava Limanının yaxınlığından mərkəz istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.

Hazırda polis əməkdaşları tərəfindən yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlər görülür.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.