Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Bundan xoşbəxt gün ola bilməz” - Elşad Quliyev
 
						“Bundan xoşbəxt gün ola bilməz” 
							 - Elşad Quliyev
Əlavə olunub: 05.30.2025 | 21:50 | Baxılıb: 2138
Minifutbol üzrə Azərbaycan milli komandası Monteneqronu məğlub edərək dünya çempionatının finalına yüksəlib.

“past.az” xəbər verir ki, yığmamızın baş məşqçisi Elşad Quliyev oyundan sonra fikirlərini bildirib:

- Xalqımızı təbrik edirəm. Möhtəşəm qələbədir. Dünya çempionatının finalındayıq. Bilmirəm necə hisslərdir. Azarkeşlər bizə böyük dəstək oldular. Final oynayacağıq. Bundan xoşbəxt gün ola bilməz.

- Demək olar ki, finalda hansı rəqib olsa da, biz çempionuq?

- Bunu finaldan sonra danışarıq. Bu gün finala yüksəlməyin ləzzətini çıxarmaq lazımdır.

- Finaldakı potensial rəqiblərin oyununu izləyəcəksiz?

- Bəli. Ümidimiz, arzumuz dünya çempionu olmaqdır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.