Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Büyükfırat ailəsində eyni gündə iki faciə - Foto
 
						Büyükfırat ailəsində eyni gündə iki faciə 
							 - Foto
Əlavə olunub: 06.30.2025 | 16:57 | Baxılıb: 6611
Xəbər verdiyimiz kimi, “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın oğlu Bakıda faciəvi şəkildə həyatını itirib.

“past.az"in məlumatına görə, 27 yaşlı Ebrar Büyükfırat yaşadığı binadan yıxılıb və həyatını itirib.

O, “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.

Türkiyə mətbuatında Bakıda hadisənin baş verdiyi gün Hüseyn Büyükfıratın qardaşı Abdulkadirin oğlunun da dünyasını dəyişdiyi barədə məlumat yayılıb. Belə ki, Iğdır vilayətinin gəlirlər idarəsinin (xəzinədarlıq) rəhbəri olan A.Büyükfıratın oğlu Mehmet Engin Büyükfırat Adıyaman vilayətinin Samsat qəsəbəsi yaxınlığında baş vermiş ağır qəzada həyatını itirib. Kiçiktutumlu yük maşını ilə minik avtomobilinin toqquşduğu hadisədə daha 3 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Qeyd edək ki, Büyükfırat ailəsi əslən Türkiyənin Şanlıurfa bölgəsindəndir və xeyriyyəçi nəsil kimi də tanınır.

H. Büyükfırat həm də Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədridir.

Fotoda: Ebrar Büyükfırat

Fotoda: Mehmet Engin Büyükfırat

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.