Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Çelsi” və “Betis” finala yüksəldi
 
						“Çelsi” və “Betis” finala yüksəldi
Əlavə olunub: 05.09.2025 | 01:48 | Baxılıb: 1627
UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

“past.az” xəbər verir ki, “Çelsi” səfərdə 4:1 hesabı ilə məğlub etdiyi “Yurqorden”lə evdə qarşılaşıb.

London klubu rəqibini 1:0 hesabı ilə məğlub edərək adını finala yazdırıb.

“Betis” isə doğma meydanda çətinliklə məğlub etdiyi “Fiorentina” ilə səfərdə üz-üzə gəlib. Cavab matçının əsas vaxtı “Fiorentina”nın 2:1 hesablı üstünlüyü ilə başa çatdığından əlavə hissələr oynanılıb. Burada daha bir qol vuran ispanlar finala yüksəlib - 2:2.

UEFA Konfrans Liqası

Yarımfinal mərhələsi, cavab görüşləri

23:00. Fiorentina (İtaliya) – Betis (İspaniya) - 2:2
Qollar: Qosens, 34, 42 - Antoni, 30, Ezzazouli, 97

İlk oyun – 1:2.

23:00. Çelsi (İngiltərə) – Yurqorden (İsveç) - 1:0
Qol: Devsbury-Hall K, 38.
İlk oyun – 4:1.

Qeyd edək ki, UEFA Konfrans Liqasının final matçı mayın 28-də Polşanın Vrotslav şəhərində keçiriləcək. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.