Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Çempionlar Liqasının rəmzi komandası bəlli oldu
 
						Çempionlar Liqasının rəmzi komandası bəlli oldu
Əlavə olunub: 06.01.2025 | 21:29 | Baxılıb: 5990
UEFA Çempionlar Liqasının 2024/25 mövsümünün rəmzi komandasını açıqlayıb.

“past.az” xəbər verir ki, heyətdə PSJ-dən 7, “Barselona”dan 2, “Arsenal” və “İnter”dən isə 1 oyunçu yer alıb.

Qapıçı: Canluici Donarumma (PSJ).

Müdafiəçilər: Nuno Mendeş (PSJ), Alessandro Bastoni (“İnter”), Markinyos (PSJ), Əşrəf Hakimi (PSJ).

Yarımmüdafiəçilər: Rafinya (“Barselona”), Deklan Rays (Arsenal), Vitinya (PSJ), Lamin Yamal (“Barselona”).

Hücumçular: Usman Dembele (PSJ), Dezir Due (PSJ).

Qeyd edək ki, Çempionlar Liqasının hazırkı qalibi PSJ-dir. Paris klubu turnirin finalında “İnter”i 5:0 hesabı ilə məğlub edərək çempion olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.