Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Cənazələr Bakıya gətirildi - Video
 
						Cənazələr Bakıya gətirildi 
							 - Video
Əlavə olunub: 06.30.2025 | 20:29 | Baxılıb: 4142
Rusiyanın Yekaterinburq şəhərində xüsusi amansızlıqla qətlə yetirilən azərbaycanlı qardaşlar-Ziyəddin və Hüseyn Səfərovların cənazələri Azərbaycana gətirilib.

“past.az"in məlumatına görə, mərhum Səfərovların nəşini daşıyan təyyarə bu dəqiqələrdə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.

Bir qədər sonra cənazələr ailə üzvlərinə təhvil veriləcək. Qeyd edək ki, iyunun 27-si səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı ünvanlara basqın ediblər. Basqın zamanı Ziyəddin və Hüseyn Səfərov döyülərək öldürülüblər. Hadisə zamanı bir neçə azərbaycanlı da saxlanılıb. Qətlə yetirilənlər tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.