“past.az” xəbər verir ki, bu barədə xarici media yazır.
Belə ki, 35 yaşlı hücumçuya “Piza”dan təklif gəlib.
İtaliya B seriyasından A seriyasına yüksələn klub İmmobileyə 2 illik müqavilə və illik 3 milyon maaş təklif edib.
Qeyd edək ki, forvard ötən ildən “Beşiktaş”ın formasını geyinir. Onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Çiro indiyədək “Sorrento”, “Yuventus”, “Siena”, “Qrosseto”, “Peskara”, “Cenoa”, “Torino”, “Borussiya”(Dortmund), “Sevilya”, “Latsio” klublarında çıxış edib.