Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Cüdo yığmamız Avropa Kubokunu 7 medalla başa vurdu
 
						Cüdo yığmamız Avropa Kubokunu 7 medalla başa vurdu
Əlavə olunub: 05.05.2025 | 10:52 | Baxılıb: 1194
Azərbaycanın cüdo yığması İstanbulda keçirilən Avropa Kubokunu 2 qızıl və 5 bürünc medalla başa vurub.

“past.az” federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın ikinci günündə 90 kq çəki dərəcəsində çıxış edən Aslan Kotsoyev keçirdiyi 5 görüşün hamısında qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Finalda cüdoçumuz Qazaxıstan təmsilçisi Qleb Azarova qalib gəlib.

Mehdi Abbasov (-81 kq), Ramazan Əhmədov (+100 kq) və Xədicə Qədəşova (-52 kq) isə bürünc medal əldə ediblər.

Qeyd edək ki, yarışın ilk günündə Nizami İmanov (-66 kq) qızıl, Nihad Məmişov və Fərid Qarayev (hər ikisi -60 kq) isə bürünc medala sahib olublar. Azərbaycan yığması 31 ölkə arasında ümumi komanda hesabında 4-cü, kişilər arasında isə 2-ci yeri tutub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.