“past.az” xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın üç cüdoçusu mübarizə aparıb. Onların hər üçü mübariəni erkən başa vurub.
Əhməd Yusifov (60 kq) 1/16 finalda yaponiyalı Ryuju Naqayamaya uduzub.
Leyla Əliyeva (48 kq) 1/32 finalda türkmənistanlı Kurbanay Kurbanova ilə qarşılaşıb. Qələbə qazanan cüdoçumuz ikinci qarşılaşmasında Laura Martinesə (İspaniya) uduzub.
Könül Əliyeva (48 kq) isə 1/32 finalda ABŞ təmsilçisi Mariya Seliya Laborde ilə üz-üzə gəlib və məğlub olub.
Qeyd edək ki, mundialda Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edəcək. Yığmamız həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.