Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Cüdoçumuz “Böyük Dəbilqə”də qızıl medal qazandı
 
						Cüdoçumuz “Böyük Dəbilqə”də qızıl medal qazandı
Əlavə olunub: 05.02.2025 | 17:52 | Baxılıb: 1292
Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən “Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb.

“past.az” xəbər verir ki, o, 1/8 finalda Acıtı Dombuunu (IJF) ardınca Anvarjon İbrohimovu (Özbəkistan) məğlub edib.

Cüdoçumuz yarımfinalda Ariunbold Enxtayvandan (Monqolustan) üstün olub. Ağayev finalda Muhammadsoleh Quvatovla (Tacikistan) ilə güləşib. O, bu görüşü də xeyrinə bitirərək qızıl medala sahib olub.

Bu gün digər idmançımız Yaşar Nəcəfov (66 kq) üçüncü yer uğrunda görüşdə özbəkistanlı Artyom Şturbabinlə güləşəcək.

Qeyd edək ki, “Böyük Dəbilqə” turniri mayın 4-də başa çatacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.