Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Dağıstanın dövlət katibi saxlanıldı - Yenilənib
 
						Dağıstanın dövlət katibi saxlanıldı 
							 - Yenilənib
Əlavə olunub: 06.25.2025 | 12:16 | Baxılıb: 2091
Dağıstanın dövlət katibi Maqomed-Sultan Maqomedov saxlanılıb.

“past.az” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən TASS yayıb.

Bununla belə, onun hansı səbəbdən saxlanılması qeyd olunmayıb.

***

“Kommersant” isə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən dövlət katibinin qanunsuz özəlləşdirmə ilə bağlı başladılan cinayət işinin istintaqı çərçivəsində saxlanıldığını yazıb.

Bildirilib ki, Maqomedovla yanaşı, onun bir çox iş həmkarları və qohumları da saxlanılıb: “Bu gün səhər hüquq-mühafizə orqanlarının əməkdaşları Dağıstanın dövlət katibi ilə əlaqəli 50-dən çox ünvanda axtarış əməliyyatı həyata keçirib”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.