Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Daha bir cüdoçumuz medal qazandı
 
						Daha bir cüdoçumuz medal qazandı
Əlavə olunub: 06.18.2025 | 00:35 | Baxılıb: 1336
Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının fərdi yarışında Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb.

“past.az” xəbər verir ki, Elcan Hacıyev (90 kq) üçüncü yer uğrunda görüşdə estoniyalı Klen Kristoferə qalib gəlib.

Bununla da ikinci bürünc medal yığmanın aktivinə yazılıb. Ötən gün Zelim Tçkayev (81 kq) BƏƏ təmsilçisi Nuqzari Tatalaşvilini üstələyərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Tatami üzərinə çıxan Azərbaycanın daha bir cüdoçusu Vüqar Talıbov isə (90 kq) 1/32 finalda gürcüstanlı Luka Maysuradze uduzaraq yarışı mükafatsız başa vurub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.