Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Daha bir erməni arxiyepiskop həbs edildi
 
						Daha bir erməni arxiyepiskop həbs edildi
Əlavə olunub: 06.28.2025 | 09:22 | Baxılıb: 1304
Xəbər verdiyimiz kimi, Ermənistan Baş Prokurorluğu Erməni Apostol Kiləsinin Şirak yeparxiyasının arxiyepiskopu Mikael Açapaxyan barəsində cinayət işi başladıb.

“past.az"in Ermənistan mediasına istinadən məlumatına görə, Açapaxyan haqqında iki ay müddətə həbs qətimkan tədbiri seçilib.

Bildirilib ki, onun başqaları ilə ünsiyyəti məhdudlaşdırılıb və yalnız yaxınları ilə əlaqə saxlamağa icazə verilib. Lakin onlar məhkəmə qərarının “qanunsuz” olduğunu deyərək apellyasiya şikayəti verəcəklərini söyləyiblər.

Xatırladaq ki, M. Açapaxyan hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham edilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistanda müxalif “Müqəddəs mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan iki ay müddətə həbs edilib. Qalstanyan və onun tərəfdarları terror aktı törətmək və hakimiyyətin konstitusiyaya zidd yolla ələ keçirilməsinə cəhddə şübhəli bilinirlər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.