“past.az” xəbər verir ki, qalıqları Xocavənd rayonunda tapılan şəhid Tovuz rayonunun Ağbaşlar kəndində torpağa tapşırılıb.
Şəhidlə vida mərasimində yaxınları, I Qarabağ müharibəsinin iştirakçıları və rəsmilər iştirak ediblər.
Qeyd edək ki, F.Ələsgərov 1974-cü il martın 8-də Tovuzun Ağbaşlar kəndində anadan olub. O, 1993-cü il avqustun 31-də Füzuli rayonunun Kürdmahmudlu kəndi istiqamətində itkin düşmüşdü.
Yunis Quliyev