Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Dəhşətli qəzada ölən 26 yaşlı Elçinin - Fotosu
 
						Dəhşətli qəzada ölən 26 yaşlı Elçinin 
							 - Fotosu
Əlavə olunub: 06.25.2025 | 11:06 | Baxılıb: 8206
Xəbər verdiyimiz kimi, ötən gecə Füzuli rayonunun Qayıdış qəsəbəsində 3 nəfərin ölümü, 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

“past.az"in əldə etdiyi məlumata görə, “Mercedes”, “KİA” və “Opel” markalı avtomobillərin toqquşması zamanı həyatını itirən şəxslərdən 26 yaşlı Elçin Süleymanov “Azərsun” şirkətinin bu rayondakı nümayəndəliyində çalışırmış. O, Xocavənd Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin böyük məsləhətçisi Nərminə Muradlının qardaşıdır.

Qəzada Elçinlə birgə “Mercedes” markalı avtomobildə olan qardaşlar - 1986-cı il təvəllüdlü Ceyhun və 1991-ci ildə anadan olmuş Nicat Qurbanov da həlak olublar. Onlar rayonda kombayn işlədən şəxs kimi tanınıblar.

Hadisə nəticəsində “KİA” markalı avtomobilin sürücüsü Bəndalı Qənbərov isə ağır xəsarətlər alıb. O, “Aqroservis” ASC-nin Füzuli rayon şöbəsində çalışır.

B.Qənbərovun vəziyyəti ağır olduğundan Bakıda xəstəxanaların birinə təxliyə edilib.

Faktla bağlı araşdırma davam etdirilir.

Aslan Vəliyev

Fotoda: Elçin Süleymanov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.