Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Deputatların 2 müraciətinə bu səbəbdən baxılmayacaq
 
						Deputatların 2 müraciətinə bu səbəbdən baxılmayacaq
Əlavə olunub: 03.14.2025 | 11:53 | Baxılıb: 2387
“Ötən il hökumətin hesabatı diqqətinizə təqdim edildikdən sonra ümumilikdə deputatlar tərəfindən müxtəlif məsələlər üzrə 151 müraciət daxil olub”.

“past.az” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı”nı təqdim edərkən bildirib.

O qeyd edib ki, onların 34-ü humanitar, 31-i iqtisadi, 23-ü sosial, 22-i nəqliyyat və yol infrastrukturu, 15-i tikinti, 14-ü kommunal, 5-i qanunvericilik, 4-ü təhlükəsizlik, 3-ü isə digər sahələrə aid olub.

“Deputatlar tərəfindən 57 müraciət üzrə qaldırılan məsələlər tam, 48 müraciət üzrə isə qismən icra edilib və yaxın zamanlarda icranın başa çatdırılması nəzərdə tutulub. Digər 46 məsələnin icrası istiqamətində işlər hazırda davam etdirilir. Bunlardan 44 müraciətə baxılacaq, 2 müraciət isə milli təhlükəsizliyimizə zidd olduğu üçün baxılmayacaq”, - deyə, Baş nazir əlavə edib.

Nuranə Daxilqızı 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.