Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Dostları da qəza qurbanı olubmuş... - Foto
 
						Dostları da qəza qurbanı olubmuş... 
							 - Foto
Əlavə olunub: 04.30.2025 | 13:45 | Baxılıb: 3709
Xəbər verdiyimiz kimi, aprelin 28-də paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində “Azsamand” markalı avtomobil idarəetmədən çıxaraq idman zalına çırpılıb. Hadisə zamanı 2000-ci il təvəllüdlü Orxan Qurbanov aldığı xəsarətdən hadisə yerində ölüb.

“past.az"in “Unikal”a istinadən məlumatına görə, qəzanın qurbanı olan Orxanın dostlarının sosial şəbəkədə paylaşdığı foto diqqət çəkib.

Belə ki, həmin fotodakı dostların hər üçü yol-nəqliyyat hadisəsinin qurbanı olublar. Onlardan Araz Kazımlı 2023-cü il oktyabrın 4-də idarə etdiyi “Mercedes”lə qəzaya düşərək həyatını itirib. Əli Cəfərov isə 2024-cü ilin martda Cəbrayılda ağır qəzada dünyasını dəyişib.

Fotoda Orxan Qurbanov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.