Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Dostunun ölümündən sarsılaraq öz saçını kəsdi
 
						Dostunun ölümündən sarsılaraq öz saçını kəsdi
Əlavə olunub: 05.16.2025 | 10:34 | Baxılıb: 3305
Türkiyənin məşhur müğənnisi Sezen Aksu dostunun vəfatından sarsılaraq öz saçını kəsib.

“past.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədr müavini və DEM Partiyasının İstanbul millət vəkili Sırrı Süreyya Öndərin ölümündən sonra bu addımı atıb. 

Məlumata görə, S.Aksu Öndərin itkisindən sonra çox ağlayıb və sarsıntı içərisində öz saçını kəsib. 

Aksu hər gün zəng edib mesajlaşdığı yaxın dostunun dəfn mərasiminə sarı qızılgüllər göndərib.

Qeyd edək ki, Sırrı Önder mayın 3-də müalicə aldığı xəstəxanada vəfat edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.