Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Dövlət qurumları arasında avarçəkmə yarışı keçiriləcək - Video
 
						Dövlət qurumları arasında avarçəkmə yarışı keçiriləcək 
							 - Video
Əlavə olunub: 06.04.2025 | 10:54 | Baxılıb: 671
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşəbbüsü əsasında Dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçiriləcək.

“past.az” xəbər verir ki, Dənizkənarı Bulvar, Əhəd Yaqubov küçəsində baş tutacaq tədbir iki gün – 10 və 11 iyun tarixlərini əhatə edəcək. 
İyunun 10-da saat 10:00-dan 15:00-a qədər Dövlət qurumlarının əməkdaşları avarçəkmə məşqləri keçəcəklər. İyunun 11-də saat 11:00-dan 15:00-a qədər isə yarışlar keçiriləcək. Yarış iştirakçıları 1 və 2 nəfərlik kayak qayıqlarında şəxsi və komanda birinciliyi şəklində olmaqla 200 metr məsafəyə mübarizə aparacaqlar.

Qeyd edək ki, bu cür tədbirlərin keçirilməsi ölkəmizdə avarçəkmə idman növünü təbliğ etmək, kütləviliyin təmini və populyarlığı artırmaqdır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.