Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Dövlət rəsmiləri milli komandanın oyununu izlədi - Video
 
						Dövlət rəsmiləri milli komandanın oyununu izlədi 
							 - Video
Əlavə olunub: 05.30.2025 | 17:41 | Baxılıb: 9419
Xəbər verdiyimiz kimi, ötən gün Bakıda Azərbaycan və İngiltərə milli komandaları arasında minifutbol üzrə dünya çempionatının 1/4 final oyunu keçirilib.

“past.az"in məlumatına görə, qarşılaşmanı izləyənlər arasında dövlət rəsmiləri də olub.

Milli Gimnastika Arenasında keçirilən qarşılaşmanı Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov, baş prokuror Kamran Əliyev, Ali Məhkəmənin sədri İnam Kərimov, “AzərEnerji”nin sədri Baba Rzayev birlikdə izləyib. 

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, qarşılaşma yığmamızın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.