Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Dünyanın ən bahalı futbolçusu odur
 
						Dünyanın ən bahalı futbolçusu odur
Əlavə olunub: 06.04.2025 | 03:24 | Baxılıb: 4262
Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin məlumatına görə, “Barselona”nın 17 yaşlı hücumçusu Lamin Yamal dünyanın ən bahalı futbolçusudur.

“past.az” xəbər verir ki, ispaniyalı vunderkindin dəyəri 402,3 milyon avro məbləğində qiymətləndirilir.

Dünyanın ən bahalı 10 futbolçusunu təqdim edirik:

1. Lamin Yamal (“Barselona”) - 402,3 milyon avro;

2. Erlinq Haaland (“Mançester Siti”) - 239,6 milyon avro;

3. Cud Bellinqem (“Real Madrid”) - 233,8 milyon avro;

4. Kilian Mbappe (“Real Madrid”) - 192,5 milyon avro;

5. Camal Musiala (“Bavariya”) - 154,8 milyon avro;

6. Pedri (“Barselona”) - 143,7 milyon avro;

7. Vinisius Junior (“Real Madrid”) - 130,4 milyon avro;

8. Koul Palmer (“Çelsi”) - 126,5 milyon avro;

9. Xulian Alvares (“Atletiko Madrid”) - 126 milyon avro;

10. Florian Virts (“Bayer”) - 122,3 milyon avro.

Qeyd edək ki, ötən mövsüm Yamal klub səviyyəsində 55 matçda iştirak edib, 18 qol vurub və 21 məhsuldar ötürmə edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.