Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Əlikram Bayramovun qardaşı oğlu bir aydır itkin düşüb - Video
 
						Əlikram Bayramovun qardaşı oğlu bir aydır itkin düşüb 
							 - Video
Əlavə olunub: 06.11.2025 | 15:25 | Baxılıb: 2788
Müğənni Əlikram Bayramovun qardaşı oğlu Rahid Bayramov itkin düşüb.

“past.az” xəbər verir ki, bu barədə Xoşqədəm Hidayətqızının müəllifi olduğu “Səni axtarıram” verilişində bildirilib.

Belə ki, Ə.Bayramovun qardaşı Qafar Bayramov verilişə zəng edərək oğlunun mayın 8-dən itkin düşdüyünü deyib.

Onun sözlərinə görə, oğlu iki il bundan əvvəl də itkin düşüb, lakin 3 gün sonra yenidən evə qayıdıb.

R. Bayramov qeyd edib ki, oğlu 10 ildir Türkiyədə xarici gəmidə işləyir. Mayın 7-si Biləsuvardan Bakıya, qardaşıgilə gedib ki, sənədlərini düzəltsin, lakin ayın 8-dən ondan xəbər yoxdur.

Daha ətraflı süjetdə:

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.