Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Elnarədən tənqidlərə cavab - “Kimin məzarında çəkilməlidir?”
 
						Elnarədən tənqidlərə cavab 
							 - “Kimin məzarında çəkilməlidir?”
Əlavə olunub: 04.30.2025 | 13:09 | Baxılıb: 3964
Müğənni Elnarə Xəlilova tələbəsi Piri Əliyevlə mərhum ifaçı Rəhim Rəhimlinin məzarı başında mahnı oxuyub, klip çəkdirməsinin müzakirə olunmasına aydınlıq gətirib.

“past.az"in məlumatına görə, sənətçi qeyd edib ki, “Gözümün içinə bax” mahnısı müğənninin xatirəsinə ithaf olunub və onun məzarının ziyarət edilməsi normal haldır.

“Rəhbərlik etdiyim “El” yaradıcılıq mərkəzinin bu ay verdiyi nəticələr - ötən həftə mərkəzin yeni layihəsi “El Vino” Elnarə Xəlilova bəstəsi olan, sözləri Tural Nəqşicahana aid “Qalıb” adlı trekini çıxardı. Bununla yanaşı, tələbələrimlə birlikdə mərhum bəstəkar və müğənni Rəhim Rəhimliyə “El” yaradıcılıq mərkəzində onun qardaşı və varisi Anar Rəhimlinin iştirakı ilə xatirə gecəsi təşkil etdik. Gecədə şəxsən iştirak edən Anar Rəhimli öz ailəsi adından bu gözəl addıma görə mənə və bütün mərkəz üzvlərinə minnətdarlığını bildirdi.

Bundan savayı, ötən həftə öz tələbələrimlə Zirə Mədəniyyət Mərkəzində Bakı Baş Mədəniyyət idarəsinin dəstəyi ilə “Nur” daun sindromlu uşaqlar üçün böyük bir konsert proqramı ilə çıxış etdik. Tədbir çərçivəsində mərhum bəstəkar-müğənni Rəhim Rəhimlinin müəllifi olduğu məşhur “Gözümün içinə bax” trekini də mərkəzin fəal üzvlərindən olan Piri Əliyevlə birgə səsləndirdik. Elə həmin ərəfələrdə də eyniadlı ekran işi də tamaşaçıların ixtiyarına buraxıldı ki, bu da öz növbəsində “El” yaradıcılıq mərkəzinin Rəhim Rəhimliyə etdiyi ithafda öz nöqtəsini qoydu. Məzar başında klip çəkilməsinə gəldikdə isə, Rəhimin xatirəsinə həsr edilən klip kimin məzarında çəkilməlidir ki? Bu normal haldır”, - E.Xəlilova qeyd edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.