Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Elşad Quliyev qələbəni şərh etdi
 
						Elşad Quliyev qələbəni şərh etdi
Əlavə olunub: 05.29.2025 | 23:01 | Baxılıb: 1601
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan milli komandası Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında 1/4 final mərhələsi çərçivəsində İngiltərə seçməsi ilə üz-üzə gəlib. Qarşılaşma Elşad Quliyevin yetirmələrinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

“past.az” xəbər verir ki, oyundan sonra millimizin baş məşqçisi Elşad Quliyev jurnalistlərin suallarını cavablandırıb:

- Bütün xalqımızı təbrik edirəm. Çox gözəl oyun keçdi. Mərhələlər keçdikcə daha güclü rəqiblər gəlir. Komandam yaxşı mübarizə apardı. Qalib gəldik, sevinirik. Yarımfinal matçına hazırlaşacağıq.

- Belə davam etsək, dünya çempionu ola bilərik?

- Xeyirlisi, inşallah. Əsas oyunumuz sabahdır. Monteneqronu uda bilsək, çempionluq haqda danışmaq olar.

- Monteneqro millisinin oyununu izlədiniz?

- Tanıdığımız komandadır. Amma bütün komandalar dünya çempionatına fərqli hazırlaşır. Oyunlarını izləmişik. Mənim üçün yarımfinalın başqa təəssüratı var. Komandalar bu mərhələdə bütün güclərini qoyub finala çıxmaq istəyir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.