Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ərdoğan Trampla danışdı
 
						Ərdoğan Trampla danışdı
Əlavə olunub: 03.16.2025 | 18:14 | Baxılıb: 3013
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb.

“past.az” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının “X” hesabında məlumat verilib.

Bildirilib ki, danışıq zamanı Türkiyə-ABŞ ikitərəfli münasibətləri, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan, iki müttəfiq ölkə olaraq Türkiyə və ABŞ-nin yeni mərhələdə əməkdaşlığının həmrəy, nəticəyönümlü və səmimi şəkildə davam edəcəyinə inandığını vurğulayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.