Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ərdoğandan “Azərbaycan Məhəlləsi” ilə bağlı paylaşım - Video
 
						Ərdoğandan “Azərbaycan Məhəlləsi” ilə bağlı paylaşım 
							 - Video
Əlavə olunub: 06.19.2025 | 11:32 | Baxılıb: 3552
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Kahramanmaraşda açılışı olacaq “Azərbaycan Məhəlləsi” ilə bağlı “X” hesabında paylaşım edib.

“past.az” xəbər verir ki, paylaşımda deyilir:

“Bu gün zəlzələ bölgəsində can Azərbaycanın dəstəyi ilə vətəndaşlarımıza “Azərbaycan Məhəlləsində” 49 056 iş yeri və yaşayış yeri təhvil veririk. Beləliklə, təhvil verdiyimiz yaşayış yerlərinin ümumi sayını 250 minə çatdırırıq”.

Qeyd edək ki, açılış mərasimində Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğanla İlham Əliyev iştirak edəcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.