Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ərdoğanı təhqir edən aktyora hökm oxundu
 
						Ərdoğanı təhqir edən aktyora hökm oxundu
Əlavə olunub: 04.23.2025 | 02:57 | Baxılıb: 11078
Türkiyənin tanınmış aktyoru İlyas Salmana hökm oxunub.

“past.az” “Hürriyet”ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etməkdə ittiham olunan Salmana 1 il 7 ay azadlıqdan məhrum edilmə cəzası verilib. 

Lakin cəza 7 min lirəlik cəriməyə çevrilib.

Qeyd edək ki, aktyorun 1 il 2 aydan 4 il 8 ayadək həbsi istənilirdi.

Xatırladaq ki, İlyas Salman “Hababam Sınıfı”, “Çöpçüler Kralı”, “Kibar Feyzo” filmlərindəki rolları ilə yaddaşlarda qalıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.