Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ermənistanda 14 nəfər saxlanıldı
 
						Ermənistanda 14 nəfər saxlanıldı
Əlavə olunub: 06.25.2025 | 15:45 | Baxılıb: 1153
Ermənistanda hakimiyyətin ələ keçirilməsinə cəhd işi ilə bağlı başladılan araşdırma çərçivəsində 14 nəfər saxlanılıb. 

“past.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb. 

Bildirilib ki, bu gün səhər saatlarından 90-dan çox ünvanda axtarış əməliyyatı həyata keçirilib.

Xatırladaq ki, bu gün səhər Ermənistanın hüquq-mühafizə orqanları müxalif “Müqəddəs mübarizə” hərəkatının tərəfdarlarının evində axtarış aparıb. Əməliyyat çərçivəsində hərəkatın lideri, arxiyepiskop Baqrat Qalstanyan saxlanılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.