Past.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ermənistanda daha bir arxiyepiskop barəsində cinayət işi başladıldı
 
						Ermənistanda daha bir arxiyepiskop barəsində cinayət işi başladıldı
Əlavə olunub: 06.26.2025 | 17:56 | Baxılıb: 990
Ermənistan Baş Prokurorluğu Erməni Apostol Kiləsinin Şirak yeparxiyasının arxiyepiskopu Mikael Açapaxyan barəsində cinayət işi başladıb. 

“past.az” xəbər verir ki, bu barədə məlumatı Ermənistan Baş Prokurorluğuna istinadən “Sputnik Ermənistan” yayıb. 

Bildirilib ki, Açapaxyan hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham edilir.

Bununla belə, arxiyepiskop hüquq-mühafizə orqanlarının hələ onunla əlaqə saxlamadığını qeyd edib. 

Xatırladaq ki, dünən Ermənistanda müxalif “Müqəddəs mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan iki ay müddətinə həbs edilib. Qalstanyan və onun tərəfdarları terror aktı törətmək və hakimiyyətin konstitusiyaya zidd yolla ələ keçirilməsinə cəhddə şübhəli bilinirlər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.